Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu qərar AKP-nin siyasi nüfuzuna zərbə vuracaq

Bu qərar AKP-nin siyasi nüfuzuna zərbə vuracaq


Newscenter.az.7.05.2019. İstanbulda bələdiyyə seçkilərinin nəticələrinin ləğv edilməsi AKP-nin növbıəti seçkilərdə məğlubiyyətinə səbəb ola bilər. Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, İstanbulda CHP-nin namizədinin qalib gəlməsi şübhəsiz idi:

“Görünür, AKP və şəxsən Ərdoğanın basqıları nəticəsində YSK nəticələri ləğv etmiş oldu. Bu qərarı,Türkiyə demokratiyasına, xalqın iradəsinə zərbə kimi qiymətləndirirəm. Bu qərar AKP-nin siyasi nüfuzuna zərbə vuracaq. Ola bilsin ki, Əkrəm İmamoğlu təkarar seçkiyə buraxılmasın. Qeyd edim ki, bu qərar keçmiş AKP-çilər Ə. Davudoğlu və Abdullah Gülün yeni partiya yaratmasını sürətləndirəcək, siyasi proseslərdə AKP-yə zərbə vuracaq. Bundan əlavə, CHP-nin ölkə üzərində siyasi reytinqi artmış olacaq”.

Politoloq hesab edir ki, İstanbul seçkilərinin ləğvi prezident Ərdoğanın və ətrafının bu şəhərdə böyük maliyyə imkanlarının əldə saxlanmasına hesablanıb:

“Təkrar seçkilərdə AKP inzibati yollarla öz namizədini qalib elan edəcək. AKP-nin sıralarından bu qəarara qarşı olanlar var. Əgər, Davudoğlu partiyasını elan edərsə. narazı siyasilər AKP sıralarını tərk edib, yeni partiya sıralarına qoşulacaq”.
Xəbəri paylaş