Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əhalinin həssas qrupları arasında narkomaniya və onun fəsadları haqqında maarifləndirilmə işləri aparılacaq

Əhalinin həssas qrupları arasında narkomaniya və onun fəsadları haqqında maarifləndirilmə işləri aparılacaq


Newscenter.az.7.05.2019. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi (İB) tərəfindən “Əhalinin həssas qrupları arasında narkomaniya və onun fəsadları haqqında maarifləndirilmə işlərinin aparılması” layihəsinin icrasına başlanılıb.

Newscenter.az-a daxil olan məlumata görə, üç ay müddətində icra olunması nəzərdə tutulmuş layihə çərçivəsində vətəndaş cəmiyyətini proseslərə daha fəal cəlb etməklə əhalinin həsas qruplarının narkomaniyaya qarşı mübarizə sahəsində maariflənməsinin gücləndirilməsi nəzərdə tutulur. Layihənin icra planına uyğun olaraq Bakı şəhərində gənclər ilə görüşlərin və dörd ardıcıl tədbirin keçirilməsi planlaşdırılır.

Məlumat üçün bildirək ki, layihənin əsas məqsədi narkomaniya ilə mübarizədə daha effektiv yolların axtarılıb tapılmasına dəstək olmaq, yeni yanaşmaların təbliğinin həyata keçirilməsindən ibarətdir.
Inqilab
Xəbəri paylaş