Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kənar amillərin təsiri olmasa, İmamoglu yenə qalib gələcək

Kənar amillərin təsiri olmasa, İmamoglu yenə qalib gələcək


Newscenter.az.7.05.2019. Türkiyənin Ali Seçki Qurumu (YSK) hakim Ədalət və İnkişaf Partiyasının (AKP) martın 31-də İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi ilə bağlı müraciətinə baxıb.Türkiyə Yüksək Seçki Qurumunun verdiyi qərara əsasən, iyunun 23-də İstanbul bələdiyyəsinə seçkilər yenidən keçiriləcək.

Məsələ ilə bağlı fikirlərini Newscenter.az-la bölüşən müstəqil ekspert Əlabbas Məhərrəmli bildirib ki, qərar həqiqətən şok effekti yaratdı:

“Belə bir qərarin veriləcəyi ehtimal olunsa da, o qədər də gözlənilmirdi. Qisa olaraq onu deyə bilərəm ki, 23 iyun seçkilərini də Əkrəm İmamoglu qazanarsa, bu, AKP hakimiyyətinə ciddi zərbə olacaq. 23 İyun seçkiləri gərginliyinə görə 31 mart seçkilərini geridə qoyacaq. Həm hakimiyyət, həm müxalifət bütün resurslarini bu seçkilərə cəlb edəcək. Ciddi müşahidə nəzarəti təşkil olunacaq. Məncə, kənar amillərin təsiri olmasa, İmamoglu yenə qalib gələcək”.
Xəbəri paylaş