Newscenter.az.8.05.2019. “Prezident son müşavirədə icra başçılarına xəbərdarlıq etdi ki, vətəndaşların problemlərini həll edin, onlara xidmət göstərin. Ancaq bu qədər xəbərdarlıq edilməsinə baxmayaraq, bir rayon icra hakimiyyəti başçısına zəng eləmək, qəbuluna düşmək mümkün deyil”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib. O, iddia edir ki, bütün qəbullar şəkil çəkdirmək xatirinə təşkil olunur:
“Heç kimin problemi həll olunmur. Bizim partiyanın qərargahı Binəqədi rayonunda yerləşir. Yüzlərlə şikayətçi gəlib yeni icra başçısından narazılıq edir. Deyirlər ki, yeni icra başçısı gələdən torpaqları qarış-qarış satır, hər yerdən pul yığılır. Özü də deyir ki, guya hansısa fonda pul köçürür. Bu qədər haqsızlıq, özbaşınalıq olmaz axı”.