Newscenter.az.11.05.2019. Keçmiş səfir Arif Məmmədov öz mənəviyyatsızlıgını bir daha göstərdi. Özü də milli ocagımız olan ordumuza qarşı.
Newscenter.az xəbər verir ki, bu fikirləri İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Samir Adıgözəlli sabiq səfir Arif Məmmədovun Azərbaycan ordusunu aşağılayan fikirlər söyləməsinə münasibət bildirərkən səsləndirib. O, bildirib ki, sabiq səfir bir daha ermənipərəst mövqe ortaya qoyub:
"Belə ermənipərəstsənsə ad və soyadından imtina et. Bu alçagı hələ müdafiə edənlər də tapılır. Arif və ona dəstək verənlər vətən xaini, ləyaqətsizlərdir".