Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hər üç istifadəçidən birinin əvvəlki iş yerinin sənədlərinə çıxışı var

Hər üç istifadəçidən birinin əvvəlki iş yerinin sənədlərinə çıxışı var


Newscenter.az.23.05.2019. İnsanların 33%-in əvvəlki iş yerindən olan fayl və elektron sənədlərə çıxışı var. Newscenter.az xəbər verir ki, “Kaspersky Lab” şirkətinin apardığı “Rəqəmsal qarışıqlıq” araşdırmasının nəticələri belə deməyə əsas verir. Qeyd etmək lazımdır ki, işçilərin təxminən dörddə üçü (72%) müxtəlif növ gizli məlumatlarla işləyir, bu da o deməkdir ki, onlar işdən ayrıldıqdan sonra bu məlumatları şəxsi məqsədlər üçün istifadə etmək imkanına malikdirlər.

Əgər keçmiş işçi hələ də korporativ poçtdan, çatlardan və bulud sənədlərindən istifadə edə bilirsə, bu həm təsadüfi silinmə, həm də korporativ sənədlərin dəyişdirilməsi, eləcə də, əqli mülkiyyətin, kommersiya sirlərinin və digər gizli məlumatların qorunması baxımından müəyyən risklər yaradır. Belə məlumatların şəbəkəyə sızmasından cinayətkarlar və rəqiblər yararlana bilər. Şirkətlər üçün bu, müştərilər tərəfindən məlumatların qorunması haqqında qanunun tələblərinin pozulmasına görə cərimə və məhkəmə iddiaları ilə nəticələnə bilər.

"Kaspersky Lab" şirkətinin apardığı sorğunun nəticələrinə görə respondentlərin 29%-i loqin və şifrələrini həmkarları ilə paylaşır. Bu da gizli məlumatların sızma şansını daha da artırır.
Rəqəmsal qarışıqlıq yalnız korporativ sənədlərə icazəsiz giriş verməklə yanaşı, həm də təşkilati çətinliklərə gətirib çıxarır. Belə ki, rəyi soruşulan respondentlərin yarısından çoxu (57%) korporativ sistemlərdə lazımi məlumatları tapmaqda çətinlik çəkdiklərini bildirib.

“Kaspersky Lab” rəqəmsal qarışıqlıqla mübarizə aparmaq üçün aşağıdakı tədbirləri görməyi təklif edir:
*korporativ resurslara, o cümlədən, elektron poçt və birgə sənədlərə giriş siyasətini hazırlayıb tətbiq etmək. Şirkəti tərk etmiş işçiləri bütün korporativ resurslardan silmək;

• müntəzəm olaraq işçilərə kibertəhlükəsizlik qaydalarının öyrədilməsi və onlara praktiki bacarıqları inkişaf etdirmək imkanı yaratmaq. Məsələn, bunu qaydalara riayət olunmanın vərdişə çevrilməsi üçün “Kaspersky Automated Security Awareness Platform” (ASAP) həllindən istifadə etməklə eləmək olar;
• məlumatların rezerv kopyalarını yaratmaq və faylları şifrələmək;
• işçiləri davamlı şifrələrin yaradılması, onların təhlükəsiz istifadəsi və qorunması haqqında məlumatlandırmaq;
Xəbəri paylaş