Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qlobal Həmrəylik Şurasının rəhbəri Pavel Elizarov Gürcüstanda bir sıra görüşlər keçirib

Qlobal Həmrəylik Şurasının rəhbəri Pavel Elizarov Gürcüstanda bir sıra görüşlər keçirib


Ümumdünya Dağ Yəhudiləri Konqresinin vitse-prezidenti, dağ yəhudilərinin parlament lobbiçiliyinin rəhbəri, Qafqazdan olan yəhudilərin Ümumİsrail Assosiasiyasının sədri və Qlobal Həmrəylik Şurasının rəhbəri Pavel Elizarov Cənubi Qafqaz regionuna səfəri çərçivəsində Azərbaycan və Gürcüstanda bir sıra mühüm tədbirlərdə iştirak edib.

Bu barədə Newscenter.az-a məlumat verən Qlobal Həmrəylik Şurasının Qafqaz üzrə nümayəndəliyinin rəhbəri, beynəlxalq hüquq müdafiəçisi, Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri David Seliverstov deyib ki, səfər çərçivəsində hər iki ölkədə çoxsaylı görüşlər keçirilib, regional əməkdaşlıq, ictimai həmrəylik və xalqlar arasında dostluq münasibətlərinin inkişafı istiqamətində mühüm müzakirələr aparılıb:

“Səfər zamanı Gürcüstan Yəhudilərinin Həmrəylik Şurasının rəhbəri Merab Cancanaşvilli və Pavel Elizarovun iştirakı ilə mühüm görüş olub. Bu görüşdə Qafqaz regionunda mövcud olan bir sıra aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb, tolerantlıq, qarşılıqlı hörmət, dostluq, təhlükəsiz və sülh şəraitində birgə yaşamaq prinsipləri əsas müzakirə mövzusu olub”.

David Seliverstov qeyd edib ki, səfər proqramı çərçivəsində Pavel Elizarov gürcüstanlı həmkarları ilə birlikdə Gürcüstanda fəaliyyət göstərən koşer otel və restoranların fəaliyyəti ilə tanış olub. Eyni zamanda Qlobal Həmrəylik Şurasının Gürcüstan nümayəndəliyinin qərargahına ziyarət həyata keçirilib:

“Bu səfər bir daha göstərdi ki, Qafqaz regionunda sülh, tolerantlıq və qarşılıqlı etimad yalnız rəsmi görüşlərlə deyil, həm də xalqlar arasında canlı ünsiyyət, mədəni yaxınlıq və insanlıq dəyərləri ilə möhkəmlənir. Azərbaycan, Gürcüstan və İsrail arasında formalaşan dostluq münasibətləri regionda sabitlik, dialoq və təhlükəsiz gələcək naminə mühüm mənəvi körpü rolunu oynayır”.

Məlumat üçün qeyd edək ki, David Seliverstov İsrail Dövləti adından, İsrailin Knesseti, yəni parlamenti tərəfindən mükafatlandırılıb. Bununla bağlı o qeyd edib ki, bu təltif yalnız şəxsi qiymətləndirmə deyil, həm də Azərbaycan və İsrail arasında dostluq, qardaşlıq, əməkdaşlıq və ictimai həmrəylik prinsiplərinə verilən mənəvi dəyərin göstəricisidir:

“Eyni zamanda Qafqaz regionu üzrə apardığım fəaliyyətə verilən yüksək qiymət olaraq, Pavel Elizarov tərəfindən təşkilat adından xüsusi diplomla təltif olunmuşam”.

Süleyman
Xəbəri paylaş