
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti əsasında Cənubi Kipr prezidenti Nikos Xristodulides Astanaya rəsmi səfərə gəlib.
Newscenter.az Akorda-ya istinadən bildirir ki, Tokayev Cənubi Kiprdən olan həmkarı üçün İstiqlal Sarayında rəsmi qarşılanma mərasimi təşkil edib.
Qarşılanma mərasimi çərçivəsində Kasım-Jomart Tokayev və Nikos Xristodulides rəsmi nümayəndə heyətinin üzvlərini bir-biri ilə tanış ediblər.
Fəxri qarovul dəstəsinin rəisinin məruzəsindən sonra Qazaxıstan və Kiprin himnləri səsləndirilib. Keçiriləcək yüksək səviyyəli görüşlərdə iki ölkə arasında siyasi-iqtisadi sahədə əlaqələrin inkişafı məsələləri müzakirə ediləcək.
Arzu












































