Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya və Ukrayna danışıqlar masasına oturur

Rusiya və Ukrayna danışıqlar masasına oturur


Rusiya və Ukrayna xüsusi xidmət orqanları arasında konfedensial aparılan danışıqların nəticəsidir ki, V. Putin Vladivostokda inkar etdiyi Ukrayna Dövləti ilə ikitərəfli danışıqlar aparmaq və razılığa gəlməyi qeyd etdi. Avqust ayında Ukrayna rəsmiləri bir neçə dəfə Moskvada olublar və tərəflər arasında aparılan danışıqlarda ABŞ-ın yenidən vasitəçiliyi ilə üçtərəfli formatda atəşkəs və sülh razılaşması müstəvidində danışıqlara rəsmi başlamaq barədə razılığa gəliblər.

Ukraynanın Rusiyaya zərbələri Rusiyanı danışıqlar masasına oturmağa məcbur etdi. Ukrayna kifayət qədər Rusiyanın enerji və strateji əhəmiyyətli neft bazalarına zərbələr endirdi. Rusiya iqtisadiyyatı tənəzzülə gedir.

Rusiya prezidenti hazırkı baş tutan danışıqları yenidən manipulyasiya edəcəksə, ABŞ Ukraynaya ölümcül və hücum silahları verəcək. Həmçinin Rusiya iqtisadiyyatına ciddi sanksiyalar tətbiq edəcək.

Rusiya Donbasin işğal olunmamış ərazilərindən Ukraynanın çıxmasını tələb edir. Hazırda əsas problem budur. Ukrayna ordusunu geri çəkərsə, atəşkəs olacaq. Atəşkəsdə Ukraynada seçki deməkdir. Seçkidə torpaqları Rusiyaya güzəştə getdiyinə görə V. Zelenskinin məğlub olması və həbsə getməsi deməkdir. Ukrayna tərəfi Rusiyanın bu planın Ukrayna üçün mənfi ssenari olduğunu çox yaxşı bilir. Ukrayna ordusunun Donvasdan döyüşsüz çıxması dövlətin zəifləməsi və ordunun parçalanmasına gətirib çıxara bilər. İki tərəf üçün ən optimal variant hazırkı mövqedə durmaqla atəşkəs rejiminə keçməkdir. ABŞ hazırda bunun üzərində işləyir.

Məhəmməd Əsədullazadə, siyasi şərhçi
Xəbəri paylaş