
"Qazprom" bu il Qazaxıstan, Qırğızıstan və Özbəkistana qaz tədarükünü təxminən 70% artırıb.
Newscenter.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri Aleksey Miller bildirib.
"Bu il biz Mərkəzi Asiyada da yaxşı nəticələr əldə etdik. Qazaxıstan, Qırğızıstan və Özbəkistana tədarük həcmini ümumilikdə təxminən 70% artırdıq", - deyə Miller bildirib.
Daha əvvəl Rusiyanın "Qazprom" şirkətinin Özbəkistana qaz tədarükünü 15% artıraraq 2025-ci ilin sonuna qədər 6,5 milyard kubmetrə çatdırdığı bildirilirdi.
Qazaxıstan ərazisi vasitəsilə Özbəkistana Rusiya qazının tədarükü 2023-cü ildə başlayıb. Tədarük "Mərkəzi Asiya - Mərkəz" magistral qaz kəməri sistemi vasitəsilə həyata keçiriləcək. 2023-cü ildə "Qazprom" Rusiya qazının Özbəkistana tədarükü ilə bağlı müqavilə imzaladığını elan edib.
Süleyman












































