
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkov və Amerika liderinin kürəkəni Cared Kuşner bu həftə sonu Moskva və Kiyevə səfər edəcəklər.
Newscenter.az xəbər verir ki, u barədə Axios ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Portalın məlumatına görə, Vitkov və Kuşner sentyabrın 4-də Moskvaya səfər edəcək, sentyabrın 5-də Kremldə Rusiya prezidenti Vladimir Putinlə, 6-da isə Kiyevdə Vladimir Zelenski ilə danışıqlar aparacaqlar.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Kreml Rusiya tərəfinin Amerika danışıqçıları ilə təmasları baş tutduqdan sonra ətraflı məlumat veriləcək.
Anar












































