Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aİ-nin qaz anbarlarında kəsir yaranıb

Aİ-nin qaz anbarlarında kəsir yaranıb


Avropa İttifaqının qaz anbarlarında kəsir yaranıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, Avropa İttifaqının qaz anbarları oktyabrın 1-də istilik mövsümünün başlanğıcına qədər 90% hədəfinə qarşı 65% doludur.

Avropa Komissiyasının sözçüsü Anna-Kaisa İtkonen Brüsseldə keçirilən brifinqdə bu səviyyənin arzuedilən nəticə olmadığını bildirib.

"Qaz Koordinasiya Qrupu cümə axşamı iclas keçirdi və Avropa Birliyindəki qaz anbarlarının orta hesabla 65% dolu olduğunu müəyyən etdi", - deyə o bildirib.

Aİ standartlarına görə, istilik mövsümünün başlanğıcına (1 oktyabr - 30 aprel) qədər qaz anbarları 90% dolu olmalıdır.

Anar
Xəbəri paylaş