
Ukrayna ciddi maliyyə çatışmamazlığı ilə üzləşir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Ukraynanın maliyyə naziri Sergey Marçenko deyib. O bildirib ki, büdcə kəsiri səbəbindən Ukrayna bəzi büdcə ödənişlərini təxirə salmalı olacaq.
"Artıq likvidlik problemləri görürük və büdcə kəsirini proqnozlaşdırırıq. Bu o deməkdir ki, bəzi ödənişləri təxirə salmalı olacağıq", - deyə o, Euronews-a verdiyi müsahibədə deyib.
Nszir bu ödənişlərin birbaşa hərbi əməliyyatlarla əlaqəli olmadığını da bildiirb.
Daha əvvəl Ali Radanın deputatı Olqa Vasilevska-Smaqlyuk Baş nazir Sergey Koretskiyə istinadən bildirmişdi ki, bu il Ukrayna büdcəsindəki maliyyə boşluğu 49,5 milyard avro təşkil edir.
Artıq bir neçə ildir ki, Ukraynanın büdcəsi rekord kəsirlə üzləşir və Kiyev Qərb tərəfdaşları tərəfindən ayrılan vəsait hesabına bu kəsiri ödəməyə çalışır.
Anar












































