Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kosovo ətrafında yaranmış son vəziyyət Qarabağ üçün təhlükəli presedent yaradacaq

Kosovo ətrafında yaranmış son vəziyyət Qarabağ üçün təhlükəli presedent yaradacaq


Newscenter.az.29.05.2019.
"Kosovoda vəziyyət yenidən gərginləşib. Serbistan höküməti separatçılarla sərhədə qoşun hissələri və ağır texnika çəkib. Səbəb, Kosovo xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyatdır.
Serb prezident Vuçiç vəziyyətlə əlaqədar Parlamentə gəlib. Prezident məruzəsinin məzmununa 2 yerdə rast gəldim- biri bizim iqtidara yaxınlığı ilə seçilən Haqqın.az saytında, digəri Avropa Birliyinin kanalı sayılan Euronews kanalında. Linkləri bunlardır:
1.https://haqqin.az/oldage/151161
2.https://ru.euronews.com/2019/05/28/serbia-kosovo-reax

Tanış olduqda fərqi aydın görəcəksiniz. Azərbaycan mənbəyində Vuçiçin çıxışında Kosovonu tanımağa hazırlıq vurğulanıb. Avropa TV-sində isə Vuçiçin müharibə hazırlığı və qələbəyə nail olacaqları söylənilib.

Haradandır bu fərq? Necə ola bilər ki, eyni çıxış haqda iki belə diametral fərqli reportaj ortaya çıxsın? İndi deyim haradan.

Vuçiçin çıxışını orijinldan dinləməmişəm. Çıxışda belə ziddiyyətli mövqelərin ola biləcəyini də məntiqsiz görürəm. Deməli, konyuktura işləyib. Əminəm ki, bizim mənbə fikri kontekstdən çıxarıb, yaxud orada yaranmış vəziyyətə obyektiv qiymət vermək istəməyib.

Sual yaranır ki, niyə? İndi deyim bir ehtimalımı. Kosovo konfliktinin Qarabağ probleminə bənzərliyi mövcuddur. Hətta beynəlxalq çevrələr Kosovo modelinin Azərbaycana tətbiq edilməsini də ara-sıra səsləndirirlər. Prinsipcə, YAP iqtidarının razılaşdığı antimilli Madrid prinsipləri, elə Kosovo modeli deməkdir. Deməli, iqtidarın təbliğat ruporu Fətullayev və Haqqın.az Vuçiçin mövqeyini belə formada təqdim etməklə, əslində presedent yaradır. Yəni, " Torpaq məsələsində güzəşt olar. Budur, Serbistan prezidenti də, hətta Rusiyadan aldığı dəstəyə rəğmən, torpaqları bağışlayır!".
Kosovo ətrafında yaranmış son vəziyyət Qarabağ üçün təhlükəli presedent yaradacaq

Yəqin ki, bildiniz nə demək istəyirlər? "Sabah Azərbaycan iqtidarı da buna bənzər mövqe sərgiləsə, təəccüblənməyin. Nə edə bilərik ki?! Dünya belədir. Serbistan bağışladı, biz nə karəyik ki?!"

Yazını hazırlamamışdan, 2 saatdan artıq gözlədim, bəlkə Haqqın.az Vuçiçin müharibə istəyini də yazar. Yazmadılar. Deməli, iqtidarın təbliğat maşını cəmiyyəti təslimçiliyə hazırlayır. Yuxarıda yazdıqlarımın hər sözü, hər cümləsi bunun təsdiqidir.

Təbliğatçıları başa düşdüm, onlar pula işləyirlər. Bəs iqtidar nə düşünür? Cavab gözləyirəm. Təkzib gəlməsə, deməli bu ehtimal, elə hakimiyyətin ən üst qatlarından qaynaqlanır".
Əli Əliyev, VİP sədri
Xəbəri paylaş