Newscenter.az.3.06.2019. "Məncə də, dərs ilinin iyunun 15-nə qədər davam etməsi səmərəli və arzuolunan deyil. Dərslərin mayın 25-də bitməsi və yeni dərs ilinin sentyabrın 1-də başlaması ən optimal variantdır”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O, bildirib ki, son Prezident sərəncamı ilə bundan sonra məktəblərdə dərslərin başlanma və bitmə müddətini Nazirlər Kabineti müəyyən edəcək:
“Ümid edirik ki, dərslərin mayın 25-də bitməsi ilə bağlı yekun qərar qəbul ediləcək. Təhsilin keyfiyyətinin artırılması və məktəblilərin psixoloji və fiziki rahatlığı baxımından bu çox önəmli məsələdir”.