Newscenter.az.5.06.2019. Rusiya Azərbaycanlıları İttifaqı Bakıda Azərbaycanın aparıcı KİV nin təmsilçiləri ilə görüş keçirib.
Newscenter.az xəbər verir ki, tədbirdə Rusiya Azərbaycanlıları Ittifaqının rəhbəri Fizuli Məmmədov, jurnalistlər, blogerlər, media üzrə ekspertlər və politoloqlar iştirak edib. Gecəyə dəvət almış qonaqların əksəriyyəti Rusiya ilə Azərbaycan arasındaki humanitar münasibətləri və diaspor mövzusunu işiqlandıran media mənsubları olub.
RAİ nin mətbuat xidmətinin rəhbəri Anar Həsənov tədbiri giriş sözu ilə açaraq Rusiya Azərbaycan münasibətlərinin vacib amillərindən sayılan diaspor mövzusunu, o cümlədən Rusiya Azərbaycanlıları İttifaqının fəaliyyətini işıqlandırdıqlarına görə həmkarlarına minnətdarliığını bildirib. RAİ haqda məlumat verən jurnalist, bildirib ki, təmsil etdiyi təşkilat son bir ay ərzində onlarla xeyriyyə aksiyası və milli-mədəni tədbir həyata keçirib.
Fikir mübadiləsi iftar süfrəsi ətrafinda davam edib.