Newscenter.az.8.06.2019. Milli Olimpiya Komitəsində Minsk 2019 Avropa Oyunlarında iştirak edəcək idmançılar və nümayəndə heyəti ilə görüş keçiriləcək.
Newscenter.az-a Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən daxil olan məlumata görə, iyunun 10-da baş tutacaq görüşdə Gənclər və İdman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edəcək.
Tədbir çərçivəsində Milli Olimpia Komitəsi və Azərbaycan Milli Anti-Dopinq Agentliyi idmançılara oyunlarla bağlı vacib məlumatları verəcək və sualları cavablandıracaqlar.