Newscenter.10.06.2019. Paytaxt məktəblisi taekvando üzrə beynəlxalq turnirdə II yeri tutaraq gümüş medal qazanıb.
Newscenter.az xəbər verir ki, Rusiyanın Soçi şəhərində azyaşlılar arasında “Taekvando üzrə Avropa kuboku 2019” adlı beynəlxalq turnir keçirilib. 6-9 iyun tarixlərində baş tutan yarışa 10-12 yaşlı idmançılar qatılıb.
Turnirdə 210 nömrəli tam orta məktəbin VI sinif şagirdi Osmanlı Murad Nadir oğlu 30 kq çəki dərəcəsində Azərbaycanı təmsil edib. Həmyerlimiz finala qədər bütün rəqibləri üzərində qələbə qazanıb.
İstedadlı idmançı finalda Rusiya idmançısı ilə görüşüb və görüşdə cüzi xal hesabı ilə məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə layiq görülüb.
İdmançımız apardığı əzmkar, qətiyyətli mübarizəyə görə, diplom və medalla təltif olunub.
Qeyd edək ki, istedadlı idmançı M.Osmanlı ölkəmizdə və ölkə hüdudlarından kənarda keçirilən idman yarışlarında çoxsaylı uğurlara imza atıb.