Newscenter.az.18.06.2019. 2018-2019-cu tədris ilində təşkil edilən müsabiqələr vasitəsilə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində 61 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə, 25 nəfər tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə, 30 nəfər psixoloq vəzifəsinə, 29 nəfər kitabxanaçı vəzifəsinə, 16 nəfər gənclərin çağırışaqədərki hərbi hazırlığı üzrə rəhbər vəzifəsinə, 44 nəfər uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə, 190 nəfər laborant vəzifəsinə, 5 nəfər BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinə işə qəbul olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Newscenter.az-a bildirilib ki, ümumilikdə, 400 nəfərin işə qəbulu həyata keçirilib.
Qeyd edilən vəzifələrə növbəti işə qəbul müsabiqəsi 2019-cu ilin yanvar ayında elan edilib. Hazırda sonuncu (müsahibə) mərhələsinin təşkilinə hazırlıq işləri görülən yeni müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, imtahanda iştirak edən 1 655 namizəddən 555 nəfəri keçid balından yüksək nəticə göstərib.
İmtahanların nəticələrinə və mövcud olan vakansiyalara uyğun olaraq keçid balları müəyyənləşdirilib. Müəyyən edilmiş keçid ballarına əsasən, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul üzrə 106, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə işə qəbul üzrə 54, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə 21, psixoloq vəzifəsinə işə qəbul üzrə 40, uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə işə qəbul üzrə 54, laborant vəzifəsinə işə qəbul üzrə 248, kitabxanaçı vəzifəsinə işə qəbul üzrə 32 namizəd növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.
BŞTİ-dən bildirilib ki, məktəb direktorlarının işə qəbulu üzrə keçirilən müsabiqə nəticəsində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 2018-2019-cu tədris ili ərzində 33 nəfər direktor vəzifəsinə işə qəbul edilib.
R.Mehdiyeva