Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu günə qədər 460057 hektar sahədə taxıl biçini həyata keçirilib



Newscenter.az.20.06.2019. Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.

Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, iyunun 20-nə olan operativ məlumata görə, ölkə ərazisində 460056,95 hektar ərazidə taxıl biçini aparılıb, 279485,6 hektar ərazidə arpa, 180571,4 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 1432433,1 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,1 sentner təşkil edir.

Bərdə, Zərdab, Yevlax, Sabirabad, Kürdəmir, Göyçay və Balakən rayonlarında arpa biçini başa çatıb. Ağcabədi, Beyləqan, Cəlilabad, Masallı, Qax, Biləsuvar, İmişli, Saatlı, Ucar, Füzuli rayonlarında arpa biçini başa çatmaq üzrədir. Biləsuvar ərazisində arpa əkilmiş 14900 hektar sahənin 14870 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 31 s/ha təşkil edir. Füzuli ərazisində arpa əkilmiş 8505 hektar sahənin 8468 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 29,1 s/ha təşkil edir. Şəki, Hacıqabul, Salyan, Ağsu, Ağdaş, Goranboy, Ağdam, Tərtər rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:
Orxan
Xəbəri paylaş