Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstanda Qərb və Şimal rəqabəti



Newscenter.az.21.06.2019. Gürcüstanda parlament qarşısında etirazlar davam edir. Etirazlara səbəb Gürcüstan parlamentində Provaslav Parlament Assambleyasının sədri Gavrilovun spiker kürsüsündə oturması və moderatorluq etməsidir. Müxalifətin sərt reaksiya verməsindən sonra insanlar küçələrə axışıb.

Gürcü toplumunda son dövrlər rusiyayönümlü qüvvələr artmışdı. Bir-neçə gün öncə Gürcüstanda NATO-ya yox, "Rədd olsun NATO" mitinqləri təşkil edilmişdi. Bu mitinqlər Rusiyaya ideoloji və dini bağlılığı ilə seçilən, Qərbə inteqrasiyaya qarşı çıxan və katolik-protestant cərayanlarını özünə təhlükə hesab edən, Gürcü Marşı və Vətənpərvərlər Alyansı tərəfindən həyata keçirilmişdi. Moskva milliyətçilər və kanonik ərazisi olan kilsə vasitəsilə Cənubi Qafqazın Qərbə çıxış qapısı olan Qoblun təbirincə desək yol olan Gürcüstanı qapatmaq və Cənubi Qafqazı blokadaya salmaq siyasətini davam etdirirdi. Bu işdə onlara kilsə yardım edirdi, Gürcü Arzusunun da bir-çox üzvləri kuratorluq edirdilər. Gürcüstanla Rusiya arasında iqtisadi əlaqələr daha da artmışdı. Bu günkü hadisələr Gürcüstanda Avrointeqrasiya tərafdarları ilə Rusiyayönümlülər arasında mübarizənin nəticəsidir. Gürcü müxalifəti sərt reaksiya verməklə, İvanaşvili administrasiyasının Rusiya ilə əlaqələrini ifşa etdi həmçinin

Gürcüstan üçün prioritetin əvvəlki tək Avro-Atlantik inteqrasiya olduğunu mesaj verdi. Parlament qarşısında bu günkü etirazlar həmdə Gürcü Marşı və Vətənpərvərlər Alyansına və digər üzü şimala baxan qruplara mesaj idi. Saakaşvilinin də Gürcüstan sərhədlərinə yaxınlaşması, İvanaşvili hakimiyyəti üçün əlavə təhdiddir. Saakaşvili bu gün baş verən proseslərə çağırış etdi bundan sonra gərginlik daha da artdı. Hazırda İvanaşvilinin əsas rəqibi, Saakaşvilinin toplum arasında qalan reytinqidir. Bu 2020-ci il parlament seçkiləri öncəsi Müxalifətin əlini gücləndirəcək. Müxalifət bu günkü etirazı ilə sübut etdi ki, Gürcüstanda siyasi proseslərdə öz təsirini hələ də saxlayır. Həmçinin Rəsmi Tbilisinin geriyə yolu yoxdur.

Məsələnin ciddiliyini anlayan boz kardinal da sərt reaksiya verdi və bununla bağlı Parlament sədri ilə danışacağını qeyd etdi. Zənnimcə bundan əlavə Kirikilaşvilini qurban verən boz kardinal, bu dəfəki prosesləri yumşaltmaq üçün parlament sədri Kabaxidze və DİN rəhbəri Gaxarianın istefaya göndərə bilər. Artıq DİN rəhbəri bununla bağlı müsahibə verərək, istefaya hazır olduğunu vurğulayıb.

Gürcüstanda Rusiyanın zəifləməsi və şimal-qərb qonşumuzun üzü Qərbə tərəf baxması, bizimdə maraqlarımıza uyğundur. Çünki Qərb üçün Azərbaycan və Gürcüstan birlikdə önəmlidir. Bu baxımdan Rəsmi Bakı blokadaya düşməmək üçün, həmçinin Rusiyanın gücünü neytrallaşdırması baxımından Gürcüstanın Avro-Atlantik məkana inteqrasiyasına dəstək olmağa davam edəcək.

Kamran Sultanlı
müstəqil ekspert
Xəbəri paylaş