Newscenter.az.22.06.2019. “Türk Hava Yolları”nın sayca yeddinci beynəlxalq qolf turniri 16 iyun tarixində Bakıda baş tutdu. Bu dünya üzrə ən böyük korporativ qolf turniridir. “Dreamland Golf Club”da keçirilən yarış bu il ərzində baş tutmuş rekord sayda - 103 turnir arasında 39-cu oldu.
Newscenter.az-a daxil olan məlumata görə, seçmə yarışların qalibləri “Turkish Airlines World Golf Cup” qrandfinalında iştirak edəcək. Qrandfinalın əsas oyunçuları isə “Turkish Airlines Open Pro-Am” peşəkar turnirinə qatılacaqlar.
Qrand finalda Azərbaycanı 47 xal toplayaraq birinci yerə layiq görülən Elman Rzayev təmsil edəcək. Bakıdakı seçmə mərhələnin ikinci və üçüncü yerlərini müvafiq olaraq Yevqeniy Yepifanov və Emido Deramo qazanıb.
Onuncu dəlikdə “Ən yaxın zərbə” nominasiyasının qalibləri isə kişi kateqoriyasında Sanq Cun Park, qadın kateqoriyasında Eleyn Maklin olub. Ən aşağı qross hesabı 76 xal ilə Robert O’Donoq nümayiş etdirdi.
“Biz “Turkish Airlines World Golf Cup” turnirinin Bakıda uğurla keçməsinə töhfə verən bütün qonaqlarımıza təşəkkürümüzü bildirir və yarışda qalib gələn Elman bəyi təbrik edib, ona Türkiyədə uğurlar arzulayırıq”, - deyə “Türk Hava Yolları”nın Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas bildirib.
Qeyd edək ki, “Turkish Airlines Open” və TAWGC tipli turnirlər peşəkar qolf oyunçuları tərəfindən Antalyanın aparıcı istiqamət kimi tanınmasında xüsusi rol oynayır.
“The Turkish Airlines World Golf Cup” turnirininəsasdəstəkçiləri “National Car Rental” və SOCAR-dır.