Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu günə qədər 783148 hektar sahədə taxıl biçini aparılıb



Newscenter.az.02.07.2019. Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.

Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, iyulun 1-nə olan operativ məlumata görə, ölkə ərazisində 783147,6 hektar ərazidə taxıl biçini aparılıb, 319440 hektar ərazidə arpa, 463707,55 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 2514610,9 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 32,1 sentner təşkil edir.

Ağdam, Bərdə, Biləsuvar, İmişli, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab və Ucarda taxıl biçini başa çatıb. Ağdaş, Kürdəmir, Tərtər, Neftçala, Füzuli rayonlarında taxıl biçini başa çatmaq üzrədir. Ağcabədi ərazisində arpa əkilmiş 6672 hektar sahənin 6666 hektarı artıq biçilib, buğda əkilmiş 22503 hektar sahənin 21888 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 32,7 s/ha, buğda üzrə məhsuldarlıq 35,7 s/ha təşkil edir. Füzuli ərazisində arpa əkilmiş 8505 hektar sahənin 8505 hektarı artıq biçilib, buğda əkilmiş 28621 hektar sahənin 27859 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 29 s/ha, buğda üzrə məhsuldarlıq 31,6 s/ha təşkil edir. Ağdaş, Beyləqan, Neftçala, Tərtər rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə edilib:
Orxan
Xəbəri paylaş