Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şeyxin yaxın qohumu avtomobil qəzasına düşdü



Newscenter.az.02.07.2019. Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Range Rover" markalı minik avtomobilinin aşması nəticəsində 1959-cu il təvəllüdlü Ramazan Hüseyn oğlu Zeynalov və 1987-ci il təvəllüdlü Rəşad Ramiz oğlu Kərimov xəsarət alıb.

Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ramazan Zeynalov "Hacı Mazan" ləqəbi ilə tanınır. O, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxulislam Allahşükür Paşazadənin yaxın qohumudur.
Xəbəri paylaş