Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keçən ay BŞTİ-yə 4 014 müraciət daxil olub



Newscenter.az.2.07.2019. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin iyun ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Newscenter.az xəbər verir ki, qeyd olunan müddət ərzində ümumilikdə, 4 014 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 882 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 1496 vətəndaş müraciəti daxil olub. 216 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.
Vətəndaşların Qəbulu Mərkəzində 1064 sənəd (vətəndaşlar tərəfindən 299 ərizə, Təhsil Nazirliyindən 155, digər qurumlardan 118, məktəblərdən 287 məktub, 53 strukturdaxili yazışma və 152 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin 356 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagirdlərin yerdəyişməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı və digər məsələləri əhatə edib.
R.Mehdiyeva
Xəbəri paylaş