Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

1305 müəllim iş yerini dəyişib



Newscenter.az.3.07.2019. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri açıqlanıb.

Newscenter.az-a nazirlikdən bildirilib ki, müsabiqədə iştirak etmək üçün 11 913 namizəd elektron qeydiyyatdan keçib, 6462 namizəd elektron ərizəsini təsdiqləyib, 6271 namizədin ərizəsi qəbul edilib. Elektron yerləşdirmə zamanı 1775 namizəd vakant yer tutub.

Elektron yerləşdirmə nəticəsində vakant yer tutan şəxslərin sənədlərinin düzgünlüyü yoxlanıldıqdan sonra 1305 müəllimin iş yerini dəyişməsinə razılıq verilib.
R.Mehdiyeva
Xəbəri paylaş