Newscenter.az.3.07.2019. Ölkə ərazisində yağıntılı hava şəraiti səbəbindən Kür çayında bulanıqlığın həddindən çox artması ilə əlaqədar Kür Sutəmizləyici Qurğularının fəaliyyətində müvəqqəti fasilə yaranıb.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsi yayıb. Bildirilib ki, bununla əlaqədar Hacıqabul və Şirvan şəhərlərinə, Bakının Qaradağ rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq.