Newscenter.az.5.07.2019. Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinə “Mercedes Benz” markalı minik avtomobilində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış külli miqdarda siqaretlərin Xaçmaz rayonu ərazisindən Bakı şəhəri istiqamətinə daşınması barədə əməliyyat məlumatı daxil olub.
Newscenter.az-a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, məlumat əsasında yaradılan əməliyyat qrupu tərəfindən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi həmin avtomobil Bakı-Sumqayıt şossesində saxlanılıb və baxış keçirilib. Bu zaman avtomobildə 18 ədəd karton qutuda Azərbaycan Respublikasına məxsus aksiz markası olmayan 114000 ədəd “King” markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır