Newscenter.az.15.07.2019. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi baytarlıq, aqronomluq və qida məhsulları mühəndisliyi ixtisasları üzrə magistr təhsili almaq üçün Türkiyə Cumhuriyyətinin ali təhsil müəssisələrinə qəbul olunmuş namizədləri müsahibəyə dəvət edir.
Newscenter.az-a AQTA-dan bildirilib ki, müsahibə nəticəsinə uyğun olaraq, namizəd ilə Agentlik arasında müvafiq müqavilə imzalanacaq və namizədin təhsil, o cümlədən digər xərcləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ödəniləcək.
Müsahibədə iştirak etmək istəyənlər 2019-cu il iyul ayının 15-dən avqust ayının 15-dək öz şəxsi məlumatlarını [email protected] elektron ünvanına göndərə bilərlər. Əlavə məlumat almaq istəyən şəxslər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər.
Əlaqənömrəsi: (012) 565-12-82 (155, 525)
Orxan