Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zərdab–Qaravəlli avtomobil yolu yenidən qurulur



Newscenter.az.16.07.2019. Zərdab–Qaravəlli avtomobil yolu yenidən qurulur. Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, 11.4 km uzunluğa malik Zərdab-Qaravəlli avtomobil yolunun yenidən qurulmasıı layihəsi çərçivəsində torpaq yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, yolun qazılmış və relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılıb və kipləşdirilib, yeni yol yatağı inşa edilib.

Yol boyu suötürücü qurğular tamamilə sıradan çıxdığı üçün suların ötürülməsi məqsədi ilə müxtəlif diametrli 456 paqon-metr dəmir, həmçinin 72 paqon-metr dəmir-beton borular quraşdırılıb.

Layihənin sonuncu mərhələsində yolun çiyin hissələri dağıldığından çiyinlərin bərkidilməsi, avtobus dayanacağının tikintisi, 306 siqnal dirəyinin, 52 yol nişanı və 11 km göstəricisinin quraşdırılması, həmçinin xətlənmə işlərinin aparılması nəzərdə tutulub.

Anar
Xəbəri paylaş