Newscenter.az.29.07.2019. Bu ilin yanvar-iyul ayları ərzində Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsi tərəfindən respublikanın 60 rayonunda 1070 təlim keçirilib. Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, təlimlərdə 19642 fermer və məhsul istehsalçısı iştirak edib.
Ötən həftə ərzində respublikanın 19 müxtəlif rayonunda 20 təlim keçirilib. Təlimlərə ümümilikdə 284 fermer və məhsul istehsalçısı cəlb olunub.
Təlimlər Aqrar Xidmətlər Agentliyi, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, Gəncə, Lənkəran və Salyan Regional Aqrar Elm və İnnovasiya mərkəzlərinin mütəxəssisləri tərəfindən keçirilib.
Orxan