Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BDU elan etdiyi müsabiqələrin vaxtını sentyabrın sonunadək uzatdı



Newscenter.az.2.08.2019. Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə əlaqədar elan edilmiş “BDU xatirələrdə”, “BDU-nun ən yaxşı yubiley loqosu” və Rəsm müsabiqələrinin vaxtı sentyabrın 30-dək uzadılıb. Bu barədə məlumat Newscenter.az-a BDU-nun Mətbuat və informasiya şöbəsndən daxil olub.


Xatırladaq ki, “BDU xatirələrdə” adlı yazı müsabiqəsində universitet məzunları təhsil müddətində baş vermiş ən maraqlı məqamları, universitetlə bağlı unudulmaz hadisələri, fakültələri, müəllimləri, tələbə yoldaşları ilə bağlı oxunaqlı xatirələri qələmə ala bilərlər.


“BDU-nun ən yaxşı yubiley loqosu” adlı müsabiqəyə təqdim olunan işlər müasir və beynəlxalq standartlara cavab verməli, dizaynda 100 illik fəaliyyət əks etdirməlidir. Müsabiqəyə indiyə qədər istifadə edilməyən və digər loqoların əsas elementlərini təkrarlamayan orijinal nümunələr təqdim olunmalıdır.


Rəsm müsabiqəsi üçün təqdim olunan əsərlər isə yağlı boya, akvarel, quaş, tikmə, qrafika, taxta üzərində yandırma və. s texnikalarla işlənilə bilər. Rəsm əsərlərinin məzmunu universiteti əks etdirməlidir.


Qeyd edək ki, bu müsabiqələrdən əlavə “BDU fotolarda” adlı fotoşəkil müsabiqəsi və KİV nümayəndələri üçün «100 ilin zirvəsində» adlı müsabiqə də elan edilib.


Müsabiqə qalibləri Münsiflər Heyəti tərəfindən məyyən ediləcək. Qaliblər Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş universitet məzunlarının Forumuna və yubiley tədbirinə dəvət ediləcək, Təşkilat Komitəsi tərəfindən diplom, sertifikat və hədiyyələrlə mükafatdırılacaqlar.
Xəbəri paylaş