Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda Beynəlxalq Nəqliyyat Forumunun növbəti iclası keçiriləcək

Bakıda Beynəlxalq Nəqliyyat Forumunun növbəti iclası keçiriləcək


Newscenter.az.4.09.2019. Cari ilin 14-15 oktyabr tarixlərində Beynəlxalq Nəqliyyat Forumunun (ITF) Avtomobil Nəqliyyatı Qrupunun növbəti iclası Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin təşəbbüsü ilə Bakı şəhərində keçiriləcək.

Bu barədə məlumatı Newscenter.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova verib. O, bildirib ki, iclasda BNF-nin üzv ölkələrindən 100-ə yaxın nümayəndə iştirak edəcək. Gündəlikdə qoyulan məsələlər Keyfiyyət Xartiyasında nəzərdə tutulmuş tələblərin üzv ölkələrdə yerinə yetirilməsinin vəziyyəti və beynəlxalq avtomobil daşımalarını daha da inkişaf etdirilməsi üçün layihələrin hazırlanmasına və müzakirə edilməsinə həsr olunacaqdır:

”Beynəlxalq Nəqliyyat Forumunun və üzv ölkələrin avtomobil sahəsindəki qurumlarının rəhbərlərinin Bakı şəhərində toplanması əlamətdar hadisədir və ölkəmizin Avropa və Asiya arasındakı dəhlizdə iri logistika mərkəzinə çevrilməsinin əyani sübutudur”.

Qeyd edək ki, Azərbaycanın da daxil olduğu qurumun 57 üzvü var.
Orxan
Xəbəri paylaş