Newscenter.az.5.09.2019. Ağsu rayonunda vətəndaşlara açıq nömrələrdən zəng edilərək Ağsu Regional Qaz İstismarı İdarəsinin (RQİİ) adından sürücü və çilingər işləmək üçün vakansiyaların olduğu barədə verilən saxta məlumatlara daha 4 nəfər aldanıb.
Bu barədə məlumat Newscenter.az-a “Azəriqaz” İstehsalat Birliyindən daxil olub. Bildirilib ki, Ağsu rayonu Kalva kənd sakinlərləri işə götürülmələri üçün müvafiq hesab nömrəsinə 265 manat pul köçürüblər. RQİİ-yə üz tutan həmin insanlara hüquq-mühafizə orqanlarına müraciət etmələri tövsüyyə olunub. İlkin məlumata görə İsmayıllı və Göyçay rayonlarında da vətəndaşlara belə zənglər edilir.
Bir daha xatırladırıq ki, SOCAR-da işə qəbul mərkəzləşdirilmiş qaydada baş ofisin insan resursları departamenti tərəfindən həyata keçirilir. Mövcud olan vakansiyalar barədə məlumatlar isə şirkətin rəsmi veb-səhifəsində yerləşdirilir.
Zaur