Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dəmiryolçuların idman spartakiadası keçirilir

Dəmiryolçuların idman spartakiadası keçirilir

Newscenter.az.7.09.2019. Sentyabrın 6-da Xaçmaz rayonunun Nabran qəsəbəsindəki “Lokomotiv” İstirahət Mərkəzinin idman kompleksində 13 oktyabr – dəmir yolu işçilərinin peşə bayramına həsr olunmuş növbəti idman spartakiadasına start verilib.

Newscenter.az-a daxil olan məlumata görə, spartakiadanın açılışında Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (MHRİK) sədri Fəzail Bağırov çıxış edib. O, bildirib ki, son illər ərzində dəmir yolunda bir sıra islahatlar həyata keçirilmişdir. Bütün bu işlərdə MHRİK “Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyi ilə əlbir fəaliyyət göstərir.

Diqqətə çatdırılıb ki, ölkəmizdə bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi istiqamətində böyük işlər həyata keçirilir. Dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, Azərbaycan idman ölkəsinə çevrilir. Dəmiryolçu idmançılar da respublikamızda bədən tərbiyəsi və idman hərəkatının inkişafında mühüm rol oynayırlar.

Hər il MHİRK-in müvafiq qərarına uyğun olaraq, 13 oktyabr – dəmir yolu işçilərinin peşə bayramı ərəfəsində dəmiryolçuların spartakiadası keçirilir. Budəfəki yarışların bir hissəsi isə Nabran qəsəbəsindəki “Lokomotiv” İstirahət Mərkəzində reallaşır.

Spartakiadanı açıq elan edən komitə sədri idmançılara uğurlar arzulayıb.

Sonra yarışlara start verilib. Cəmiyyətin departament və idarə kollektivlərinin komandaları idmanın voleybol, mini futbol, stolüstü tennis, dama və şahmat üzrə yarışlarda mübarizəyə qoşulublar.

Qeyd edək ki, yarışlar “Azərbaycan Dəmir Yolları” QSC-nin inzibati binasında və Xaçmaz rayonunun Nabran qəsəbəsindəki “Lokomotiv” İstirahət Mərkəzinin idman kompleksində keçirilir.

Dəmiryolçuların idman spartakiadası sentyabr ayının sonuna kimi davam edəcək. 13 oktyabr – dəmir yolu işçilərinin peşə bayramı ərəfəsində spartakiada qaliblərinə kuboklar, pul mükafatları və diplomlar təqdin ediləcək.
Zaur
Xəbəri paylaş