Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AAYDA rəhbərliyi vətəndaşları qəbul edəcək



Newscenter.az.16.09.2019.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov sentyabrın 20-də Sabirabad rayonunda, İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə İmişli rayonunda vətəndaşları qəbul edəcəklər.

Newscenter.az-a daxil olan məlumata görə, Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun qəbulu Sabirabad şəhərində “Heydər Əliyev Mərkəzi”nin inzibati binasında keçiriləcək. Qəbulda Sabirabad və Saatlı rayonlarının sakinləri iştirak edə bilərlər.

Agentliyin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə İmişli şəhərində "Heydər Əliyev Mərkəzi"ndə vətəndaşların qəbulunu keçirəcək. Qəbulda yalnız İmişli rayonunun sakinləri iştirak edə bilərlər.

Saat 10:00-da başlanılacaq hər iki qəbul zamanı vətəndaşların avtomobil yolları ilə bağlı müraciətləri dinləniləcək.

Anar
Xəbəri paylaş