Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bal yarmarkasında AQTİ-nin səyyar laboratoriyaları fəaliyyət göstərəcək



Newscenter.az.16.09.2019. 28 sentyabr-18 oktyabr tarixlərində keçiriləcək arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış yarmarkasında satışa çıxarılması nəzərdə tutulan bal məhsullarının keyfiyyəti və təhlükəsizliyinə Azərbaycan Respublikasının Qida Təhlükəsizlilyi Agentliyi (AQTA) nəzarət edəcək.

AQTA-dan Newscenter.az-a bildirilib ki, Agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşları tərəfindən satışa çıxarılacaq bal və bal məhsullarından nümunələr götürülərək İnstitutun müvafiq laboratoriyalarında ekspertizaya cəlb ediləcək. Ekspertizalar zamanı məhsulların təhlükəsizliyi, eləcə də keyfiyyət göstəriciləri yoxlanılacaq və yalnız qida təhlükəsizliyi göstəriciləri uyğun olan məhsulların satışına icazə veriləcək.

Yarmarkada AQTİ-nin ən müasir cihaz və avadanlıqlarla təchiz edilmiş səyyar laboratoriyası arıçılıq məhsullarının müayinələrinin aparılması üçün vətəndaşlara xidmət göstərəcək. İstehlakçılar aldıqları balın keyfiyyətinə əmin olmaq üçün məhsulu səyyar laboratoriyaya təqdim edə bilərlər.

Orxan
Xəbəri paylaş