Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda Ermənistan istehsalı olan qənnadı məmulatının satılması ilə bağlı məlumatlara aydınlıq gətirildi



Newscenter.az.20.09.2019. Bu gün bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakının bəzi mağazalarında “Choco Pie” adlı, guya Ermənistan istehsalı olan qənnadı məmulatının satılması ilə bağlı məlumatlar yayılıb.

Newscenter.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi bildirir ki, Azərbaycanın Ermənistanla heç bir ticarət əlaqəsi yoxdur və ola da bilməz. Adıçəkilən məhsula gəlincə isə, “Orion” ticari nişanlı “Choco Pie” adlı qənnadı məmulatları ölkə ərazisində fəaliyyət göstərən müxtəlif idxalçıların ünvanına Rusiya Federasiyasının “Orion İnternational Evro” şirkəti tərəfindən idxal olunub. Belə ki, xarici tərəfdaş 100 brend portfelinə sahib olaraq biskvit, karamel, saqqız və s. kateqoriyalı malların istehsalını həyata keçirən dünyanın ən böyük qənnadı şirkətlərindən biridir və əsas istehsal bazarları Rusiya, Çin, Koreya və Vyetnamda yerləşir. Eyni zamanda, qeyd etmək istərdik ki, Rusiya Federasiyasının Tver və Novosibrisk şəhərlərində şirkətin iki istehsal zavodu fəaliyyət göstərir. Şirkət tərəfindən istehsal olunan müxtəlif növ qənnnadı məmulatları və qəlyanaltıları dünyanın 60-da çox ölkəsində realizə olunur.

Zaur
Xəbəri paylaş