Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DSX və DİN birgə əməliyyat keçirib



Newscenter.az.25.09.2019.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində, Astara rayonunun Deqadi kəndi yaxınlığında Daxili İşlər Nazirliyinin Astara rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ərazidə gizlədilən 1 ədəd bağlama aşkar olunaraq götürülüb.

Xidmətin Mətbuat Mərkəzindən verilən məlumata görə, baxış zamanı bağlamada ümumi çəkisi 5 kq 95 qram olan “tiryək” narkotik vasitəsinin olması müəyyən edilib.

Narkotik vasitəni əraziyə gətirən və cinayətdə əlaqəsi olan şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xəbəri paylaş