Newscenter.az.25.09.2019. Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən Bakıda keçirilən “Qafqaz Qartalı - 2019” birgə təlimi çərçivəsində xüsusi təyinatlı qüvvələr avtomat, tapança, snayper tüfəngi və birdəfəlik qumbaraatanlardan xüsusi atış çalışmaları yerinə yetiriblər.
Newscenter.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qarışıq atəş qrupları tərkibində icra edilən atışlar zamanı xüsusi təyinatlılar yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulmuş tapşırıqları uğurla icra ediblər.