Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rumıniyada təhsil alacaq şəxslərin adları bəlli oldu



Newscenter.az.25.09.2019. Rumıniyanın Milli Təhsil Nazirliyi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair bağlanmış müqavilə əsasında, 2019-2020-ci tədris ili üzrə Rumıniya ali təhsil müəssisələrində təhsil üçün keçirilmiş müsabiqənin nəticələri elan edilib.

Newscenter.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, nəticələrə görə, 2 Azərbaycan vətəndaşının namizədliyi müsbət qiymətləndirilib.
Qalib namizədlər Rumıniyanın “University Oil Gas Ploiesti” və “University of Bucharest” ali təhsil müəssisəsilərində magistratura səviyyəsində mühəndislik və humanitar ixtisas istiqamətləri üzrə təhsil alacaqlar.

Qeyd edək ki, təqaüd proqramının tələblərinə uyğun olaraq, tələbələr 1 il müddətində ödənişsiz rumın dili hazırlığına cəlb olunacaqlar. Bununla yanaşı, onların təhsil haqqı, yataqxana xərci, aylıq təqaüd və tibbi sığorta xərcləri Rumıniya tərəfindən, yol xərci isə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qarşılanacaq.

R.Mehdioyeva
Xəbəri paylaş