Newscenter.az.8.10.2019. “Ümumi təhsil müəssisələrinin uşaq birliyi təşkilatının rəhbərləri arasında ən yaxşı təqdimat” müsabiqəsinə start verilib. Newscenter.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə əsasən keçirilən müsabiqənin əsas məqsədi təhsil müəssisələrində uşaq birliyi təşkilatının rəhbərləri ilə aparılan işləri daha da gücləndirmək, onların fəaliyyətinə stimul vermək, qabaqcıl və yaradıcı uşaq birliyi təşkilatı rəhbərlərinin təcrübəsindən yararlanmaqdan ibarətdir.
İki mərhələdən (rayon və şəhər) ibarət müsabiqədə seçilən təqdimatların mövzuya uyğunluğu, nəzəri əsaslarının mövcudluğu, yaradıcı yanaşma, əldə edilən nəticənin aydın və səlis olması, elmi bilik və təcrübənin inkişafı kimi meyarlar əsas götürülür.
Hər iki mərhələ üzrə təqdimatlar Münsiflər heyəti tərəfindən dinlənilir.
Müsabiqənin rayon mərhələsində qalib gələn ən yaxşı təqdimatlar şəhər mərhələsində iştirak etmək hüququ qazanacaq.
Qaliblər Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
R.Mehdiyeva