Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan-Putin danışığı, Türkiyəyə qurulan tələ və yeni müharibə astanasında olan Yaxın Şərq

Ərdoğan-Putin danışığı, Türkiyəyə qurulan tələ və yeni müharibə astanasında olan Yaxın Şərq


Newscenter.az.9.10.2019.
ABŞ-la ortaq razılaşmanın əldə edilməsindən sonra Fərat çayının şərqində ediləcək hərbi əməliyyat öncəsi Türkiyə prezidenti Rəcəb Taib Ərdoğan Rusiya prezidenti Vladimir Putin ilə telefon danışığı edib.Türkiyə Prezidenti Rəcəb Taib Ərdoğan danışıq zamanı Rusyalı həmkarına Suriyanın təhlükəsizliyi və regionda sülhün bərqərar olması baxımından Fərat çayının şərqində ediləcək əməliyyatın önəmini qeyd edib.Bundan əlavə Türkiyə prezidenti Rusiya prezidentinin Fərat çayının şərqində ediləcək əməliyyatlarda Türkiyəyə göstərdiyi dəstəyindən ötrüdə təşəkkürünü bildirib.

ABŞ la hər nə qədər ortaq razılaşma əldə edilsə də düşünürəm Ərdoğanın Putinlə telefon danışığı etməsi olduqca yerində və düzgün addımdır.

Birincisi-Türkiyə hər nə qədər ABŞ la Fərat çayının şərqinə başladacağı əməliyatlarda razılığa gəlsədə bu məsələdə Rusiyanında mövqeyi önəmli idi.

Rusiya tərəfi hələ ABŞ və Türkiyə Suriyanın şimalında yaradılacaq ortaq təhlükəsiz bölgə və birgə hərbi əməliyatlarla bağlı razılaşmada Türkiyəyə dəstəyini nümayiş etdirmişdi.Yəni Türkiyənin bölgədə aparacağı hərbi əməliyatlar da Rusiyanın mövqeyi Türkiyədən yana olacağı sir heç kəsə sir deildi.Lakin Türkiyə Rusiyanın da razılığını alaraq önəmli bir stratezi gediş etmiş oldu.

İkincisi-ABŞ tərəfi qoşunlarını Suriyadan çıxaracağını resmi şəkildə elan etdi.ABŞ həmdə bununla bölgəni problemləriyə birgə Türkiyəyə buraxmış oldu.

Bu məsələ hər nə qədər sirli görünsə də reallıq odur ki ABŞ müttəfiqi dediyi Türkiyəni regionda tək qoyuyur.Lakin Ərdoğanın Putinlə danışığı həmdə ondan işarə verir ki ABŞ olmasa da regionda Türkiyəylə birgə hərəkət edə biləcək Rusiya var.Putinin də məhz Türkiyəyə Suriya məsələsində göstərdiyi müsbət münasibətdən bunu görmək mümkündür.

Üçüncüsü-Düşünürəm Ərdoğan Putinlə danışığı qarşılıqlı dəstək mahiyətindən daha çox şey kəsp edir.
Belə ki Türkiyə hər nə qədər Yaxın Şərqdə uğurlar qazansa da Rusiya kimi bir müttəfiqlə hərəkət etmək daha etibarlı olar.Digər tərəfdən İran rəsmilərinin Türkiyənin Fərat çayının şərqinə edəcəyi müdaxiləni müsbət qarşılamaması Türkiyəni Rusiyayala birgə hərəkıt etməyə vadar edir.
Bu o demək deil ki Türkiyə və Rusiya birgə hərbi əməliyatlar keçirəcək.Türkiyə Rusiyanın siyasi dəstəyilə regionda butun səsləri sustura bilər.

Düşünürəm Ərdoğanın Putinlə telefon zəngi etməsi yerində və düzgün addımdır.Regionun gələcəyi baxımından Türkiyə bu əməliyyatları etməli və müsbət nəticə əldə etməlidir.Lakin son olaraq onu deyim ki həllə də düşünürəm ABŞ bu əməliyyatlara icazə verərək Türkiyənin başını regionda bir müddət qatmaq istəyir.

Turan Rzayev-"Atlas" Araşdırmalar Mərkəzinin üzvü, politoloq
Xəbəri paylaş