Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qaz xəttinin zədələnməsi abonentləri qazsız qoydu



Newscenter.az.17.10.2019. Dünən axşam saatlarında "Xaldan Əhali" ölçü qovşağından qidalanan, Yevlax rayonunun 10-dan çox kəndini təbii qazla təmin edən orta təzyiqli qaz xəttini qazıntı aparan şirkətlərdən birinin texnikası ilə zədələyiblər.

Newscenter.az-a “Azəriqaz” İstehsalat Birliyindən daxil olan məlumata görə, bir qrup abonentin qaz təchizatında fasilə yaranıb. Hazırda “Azəriqaz” İB-nin əməkdaşları ərazidə baş verən fəsadın aradan qaldırılması üçün hazırlıq işləri görür. Qaz təchizatının bərpası oktyabrın 17-də gün ərzində mümkün olacaq.

Zaur
Xəbəri paylaş