Newscenter.az.18.10.2019. Qətərin paytaxtı Doha şəhərində Milli Olimpiya Komitələrinin Assosiasiyasının (MOKA) Baş Assambleyası öz işinə başlayıb.
Newscenter.az-a MOK-un mətbuat xidmətindən bildirilib ki, iclasda Azərbaycanı Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev və Marketinq idarəsinin rəisi Mehman Kərimov təmsil edirlər.
Assambleya çərçivəsində MOKA-nın Audit və Maliyyə, Marketinq, Atletlər, Beynəlxalq Əlaqələr, və Tibbi Komissiyalarının iclasları keçirilib, məruzə çıxışları dinlənilmişdir. Həmçinin, Gənclər Komissiyasının və Milli Olimpiya Komitələrinin Assosiyasiyasının İcraiyyə Şurasının iclası gündəlikdə olan məsələlər sırasındadır. Sonda Olimpiya Həmrəyliyi Komissiyasının iclası keçiriləcək.
Eyni zamanda 12-16 oktyabr tarixlərində Doha şəhəri Qətər 2019 MOKA Dünya Çimərlik Oyunlarına ev sahibliyi etmişdir. Azərbaycan bu oyunlarda 7 idmançı ilə təmsil olunub və 4 gümüş və 1 bürünc əldə edib: Rostislav Pevtsov (aquatlon – bürünc medal); Kseniia Levkovskaya (aquatlon – gümüş medal), aquatlon qarışıq komandası (gümüş medal), Pənah İlyaslı (güləş – gümüş medal), İbrahim Yusubov (güləş – gümüş medal)
Ehtiram