Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nazir Azad Rəhimov vətəndaşlarla görüşdü



Newscenter.az.18.10.2019. Oktyabr 18-də gənclər və İdman naziri Azad Rəhimov Şirvan şəhərində Şirvan, Hacıqabul şəhər və rayonlarından olan vətəndaşları qəbul edib. Nazirliyin mətbuat katibliyindən Newscenter.az-a bildirilib ki, qəbulda ümumilikdə 20-ə yaxın vətəndaş iştirak edib.

Vətəndaşlar “Gənclər ev”lərinin, Olimpiya İdman Komplekslərinin, bir sıra idman qurğularının tikintisi və təmiri, eləcə də, idman arenalarına avadanlıqların verilməsi ilə bağlı müraciət ediblər. Eyni zamanda, iş ilə təminat, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi də müraciətlər sırasında olub.

Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Bir qisim müraciət isə baxılması üçün icraya yönəldilib.

Ehtiram
Xəbəri paylaş