Newscenter.az.18.10.2019. SOCAR 2019-cu ilin üçüncü rübündə 21 milyon tona yaxın neft, 1,82 milyard kubmetrdən çox qaz çıxarmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatını 2,8%, qaz hasilatını isə 11,4% artırıb.
Şirkətdən Newscenter.az-a bildirilib ki, hesabat dövründə Şirkətin istismar etdiyi neft və qaz yataqlarında hasilat səviyyəsinin sabit saxlanılması məqsədi ilə həyata keçirilən kompleks tədbirlər planı davamlı şəkildə icra olunub, istismardan çıxarılmış bəzi köhnə quyuların fəaliyyəti bərpa edilib. Cari ilin üçüncü rübündə şirkət üzrə qazma işləri 373 min metrdən artıq olub.
Ümumiyyətlə, 2019-cu ilin üçüncü rübündə ölkə üzrə 9,44 milyon tondan artıq neft, 8,75 milyard kubmetr qaz hasil edilib.
Zaur