Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

14 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib.



Newscenter.az.19.10.2019
. Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun oktyabrın 19-da saat 15-də mitinq keçirilməsi ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq cavab verilməsinə baxmayaraq, mitinqin təşkilatçıları həmin vaxtda qanunla qadağan edilmiş yerdə, yəni Bakı metropoliteninin "28 May" stansiyasının qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçirəcəkləri barədə sosial şəbəkələrdə məlumatlar paylaşıblar.

Bu barədə Newscenter.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

BNA-nın məlumatında deyilir ki, qanunsuz aksiyaya cəhd zamanı sərnişindaşımada fasiləsizliyin, rahatlığın və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə 14 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Dəyişikliyə əsasən “28 May” Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan marşrut xətləri üzrə avtobusların hərəkəti “Azadlıq” prospektindən S.Əsgərova küçəsinə, Ş. Bədəlbəyli küçəsindən Bülbül prospektinə, Puşkin küçəsindən 28 may küçəsinə və Ş.İ.Xətai metrostansiyasından geriyə olmaqla təşkil edilib.

Qeyd edək ki, “28 May” Nəqliyyat Mübadilə Mərkəzində 14 müntəzəm marşrut xətti üzrə 220 avtobus fəaliyyət göstərir. Bir saatda 128 avtobusun girib-çıxdığı mərkəzdən gündəlik 200000 nəfər sərnişin istifadə edir.

İctimai asayişin pozulmasına yönələn hər hansı bir kütləvi ixtişaşlar şəhər nəqliyyatının, xüsusəndə ictimai nəqliyyatın işinə ciddi şəkildə mənfi təsir edir ki, bu da əhalinin haqlı narazılığına səbəb olur. Bunu nəzərə alaraq bildiririk ki, nəqliyyatın işini pozan qanunsuz hərəkətlərə yol veriləcəyi təqdirdə bütün məsuliyyət təşkilatçıların üzərinə düşəcək.
Xəbəri paylaş