Newscenter.az.19.10.2019. Gəncə şəhərində inək onun südünü sağan qadına ağır xəsarət yetirib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Əhməd Cavad küçəsində qeydə alınıb.
Şəhər sakini, 1978-ci il təvəllüdlü Anarə Hüseynova həyətdə inək sağarkən iri buynuzlu heyvan qadını buynuzu ilə vurub. Nəticədə qadın gözündən ağır xəsarət alıb. O, yaxınlarının köməyi ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb. A.Hüseynovaya həkimlər tərəfindən tibbi yardım göstərilsə də, qadının sol gözü amputasiya edilməli olub.
Faktla bağlı araşdırma aparılır.