Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gömrük xidmətlərinin ekspertləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfər ediblər



Newscenter.az.19.10.2019. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin gömrük xidmətlərinin ekspertləri paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfər ediblər.

Newscenter.az DGK-ya istinadən xəbər verir ki, "Karvansaray" layihəsi çərçivəsində TDƏŞ üzv dövlətlərin gömrük xidmətlərinin ekspertlərinin texniki iclasının gündəliyinə uyğun olaraq reallaşan səfər zamanı qonaqlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanınında aparılan proseslərlə yaxından tanış olublar.

Ekspertlərə Limandakı iş prosesi və yükdaşımanın sürətləndirilməsi məqsədilə həyata keçirilən layihələrlə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, yüklərin sürətli və səmərəli yüklənib-boşaldılması üçün Liman Əməliyyat İnformasiya Sistemi vasitəsilə əraziyə daxil olan bütün yüklərin - konteyner, TIR vasitəsilə gətirilən quru yüklərin gəmilərə yüklənmə və boşalma vaxtı müəyyən edilir və proseslər həmin qrafikə uyğun həyata keçirilir.

Qonaqlar, eyni zamanda Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin "Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postunun iş prinsipi ilə yaxından tanış olaraq burada yaradılan şəraitdən razılıqlarını ifadə ediblər.


Zaur
Xəbəri paylaş